Modern.az

İŞİD lideri özünü partladıb - Əməliyyatın TƏFƏRRÜATI

İŞİD lideri özünü partladıb - Əməliyyatın TƏFƏRRÜATI

1 May 2023, 18:30

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İŞİD liderinin zərərsizləşdirilməsi üçün həyata keçirdiyi əməliyyatın təfərrüatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Əbu Hüseyn əl-Hüseyni əl- Qureyşi kod ilə fəaliyyət göstərən terrorçunun zərərsizləşdirilməsi üçün Suriyanın şimalında 29 aprel 2023-cü ildə baş tutan əməliyyat 4 saat davam edib.

 

Onun bir evin altında yerləşən bunkerdə gizləndiyi bəlli olub. Əl-Qureyşi MİT əməkdaşlarının “təslim ol” çağırışına əməl etməyib və özünü intihar bombası ilə partladıb.

 

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşinin Suriyada məhv edildiyini açıqlayıb.

Bu xəbər ilə bağlı
Türkiyə kəşfiyyatının İŞİD liderini məhv etməsinin DETALLARI
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?