Modern.az

Kəlbəcərin Ağyatağı... - FOTOLAR

Kəlbəcərin Ağyatağı... - FOTOLAR

Aktual

3 May 2023, 10:50

Kəlbəcər rayonunun Ağyataq kəndi Abdullauşağı kənd inzibati ərazi dairəsində yerləşir. Kəndin ərazisində “Ağ yataq” adlanan mineral filiz yatağı var. Yaşayış məntəqəsinin adı da buradan götürülüb.

 

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

 

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

 

Modern.az işğal dövründə erməni vandalizminə məruz qalmış Ağyataq kəndinin görüntülərini təqdim edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?