Modern.az

Su hövzələrində yüzlərlə sintetik tor aşkarlandı

Su hövzələrində yüzlərlə sintetik tor aşkarlandı

Aktual

3 May 2023, 18:16

Ölkənin su hövzələrində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı 2023-cü ilin 4 ayı ərzində 30459 metr uzunluğunda 637 ədəd sintetik tor aşkar edilərək götürülüb.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən ilin analoji dövründə isə 19352 metr uzunluğunda 375 ədəd sintetik tor yığışdırılıb. Bu isə ötən illə müqayisədə 11107 metr uzunluğunda 262 ədəd daha çox sintetik tor deməkdir.

 

Qeyd edək ki, son 3 il ərzində Nazirliyin aidiyyəti qurumları tərəfindən su hövzələrindən ümumilikdə 182459 metr uzunluğunda 3236 ədəd sintetik tor yığışdırılaraq zərərsizləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?