Modern.az

Nazirliyin Apelyasiya Şurasının növbəti iclası keçirilib

Nazirliyin Apelyasiya Şurasının növbəti iclası keçirilib

4 May 2023, 09:48

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apelyasiya Şurasının növbəti iclası keçirilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, iclasda RİNN üzrə 2023-cü il yanvarın 13-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibənin nəticəsi ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

 

Vətəndaşların iştirakı ilə keçirilən iclasda vətəndaşlar dinlənilib, müraciətlər hərtərəfli araşdırılıb və müzakirə olunub.

 

Sonda Apelyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?