Modern.az

Risklərin idarə olunması sistemi müəyyənləşir

Risklərin idarə olunması sistemi müəyyənləşir

4 May 2023, 12:16

Azərbaycanda risklərin idarə olunması sistemi müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

 

Risklərin idarə olunması sisteminə aşağıdakılar daxildir:

 

1. risklərin qiymətləndirilməsi:

2. Risklərin artmasına gətirib çıxaran səbəb və amillərin müəyyən edilməsi;

3. ölkə üzrə nəzarət fəaliyyətinin təsnifatlaşdırılması məqsədilə risklərin ümumi səviyyəsinin ölçülməsi;

4. yaratdığı risk səviyyəsi əsasında nəzarət olunan yoxlama obyektlərinin təsnifatı üçün meyarların hazırlanması;

5. risk qrupları əsasında sahibkarlar üzərində nəzarət dərəcəsinin prioritetləşdirilməsi;

6.risklərin idarə olunması – riskin təhlili və qiymətləndirilməsi əsasında tədbirlərin tətbiqi;

7. tədbirlərin görülməsi - yoxlama obyektlərinin məcburi tələblərə uyğun gəlməsi və risk yaratmaması üçün yoxlayıcı orqan tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?