Modern.az

Valideynlərim deyir ki, bu yağ ağ saçları qaraldır - Deputat

Valideynlərim deyir ki, bu yağ ağ saçları qaraldır - Deputat

4 May 2023, 13:04

“Keyfiyyətsiz malların ölkəyə gətirilməsinin qarşısını almaq üçün onları gətirənlər barədə işlər görülməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

 

“Bu gün ölkəyə saxta qidalar, keyfiyyətsiz mallar daxil edilir. Hesab edirəm ki, bu kimi təhlükəli halların qarşısının alınması üçün AQTA ciddi şəkildə işləməlidir. Yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir. Mənim valideynlərim zəng edir ki, “bir yağ var, onu içənin ağ saçları qaralır”. Yaşlı nəsil belə məhsullarla aldana bilir. Ona görə də saxta malların daxil edilməsinə qarşı aidiyyəti orqanlar qabaqlayıcı işlər görməlidir”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi