Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmə ehtimalı azdır.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Qeyns deyib.
"Çox az ehtimaldır, bu, bizim hazırkı qiymətləndirməmizdir”, - o, Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı bildirib.
Amerika rəsmiləri artıq bir neçə aydır bəyan edirlər ki, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşmasından əsər-əlamət yoxdur.