Biz həmişə Gürcüstanda deyirik ki, 90-cı illərdə Gürcüstanın var olması Heydər Əliyevlə bağlıdır.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri”mövzusunda beynəlxalq konfransda bildirib.
"Bunu mən həqiqətən deyirəm. 90-cı illərdə Gürcüstanın var olması şübhə altında idi. Amma Heydər Əliyevin fikirləri, strateji yanaşması ilə Gürcüstan hələ də ayaqdadır. Düzdür, Amerika və digər ölkələrin də rolu var, amma ən böyük Heydər Əliyevin rolu var. Mən XİN başçısı olanda Heydər Əliyevlə çox çalışmışam. O zamankı prezident həmişə mənə deyirdi ki, get Bakıya. Dostum, qardaşım Heydər Əliyevdən məsləhət al. Onun fikirlərini həqiqətən də önəmsəyirdi”,- deyə o bildirib.