"Vaqnerçilər" mayın 10-da Ukraynanın Baxmut şəhərindən çıxarılacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Vaqner" muzdlu silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin bildirib.
O, döyüşçülərin silah-sursat çatışmazlığı ilə əlaqədar Baxmutdan çıxarılacağını deyib.
"Mən "Vaqner" bölmələrini Baxmutdan çıxarıram, çünki sursat olmadıqda onlar mənasız ölümə məhkumdurlar",-Priqojin deyib.
Onun sözlərinə görə, artıq bir aydır ki, Rusiya Müdafiə Nazirliyi muzdluları yalnız 10% sursatla təmin edir. Buna görə də “Vaqnerçilər” Baxmutdan “yaralarını sarımaq üçün” arxa düşərgələrə yollanırlar.
Qeyd edək ki, bir ilə yaxındır ki, Baxmut uğrunda döyüşlər gedir.