Heydər Əliyev dünyanın bir neçə ölkəsini neft və qaz kəməri ilə Azərbaycanla birləşdirmək istəyirdi.
Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza
“Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransda bildirib.
“Ümummilli lider həmişə xarici siyasətdə milli maraqlardan çıxış edirdi. 90-cı illərdə Azərbaycanın dirçəlməsi üçün xarici investorlar lazım idi. O başa düşürdü ki, bu, neft və qaz ilə olacaq. Heydər Əliyev yüksək strateji səviyyədə bu məsələləri həll edirdi. Bu mövqedə Heydər Əliyev İranın, Rusiyanın təhlükələrini bilərək çox ciddi addımlar atırdı”, - deyə sabiq səfir vurğulayıb.