Modern.az

Qazaxıstan hansı ölkələrdən silah alır?

Qazaxıstan hansı ölkələrdən silah alır?

Aktual

5 May 2023, 18:14

Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kəmaləddinov Astananın silah aldığı ölkələrin adlarını açıqlayıb.

 

Modern.az Kazinform agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan ordusunun arsenalında təkcə Rusiya silahları deyil, həm də Türkiyə, ABŞ, Çin və başqa ölkələrin silahları yer alır.

 

“Qazaxıstan hərbçilərinin hazırlığı Türkiyə, Pakistan, ABŞ, Çin, Belarus, Hindistan, Rusiya və digər ölkələrdə həyata keçirilir”, - deyə Sultan Kəmaləddinov bildirib.

 

Qeyd edək ki, Astanada Qazaxıstanın dövlət başçısı, Ali Baş Komandan Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən ümumqoşun konfransında ordu quruculuğu və hərbi hazırlıq, həmçinin ordunun texnoloji modernizəsi məsələləri müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?