Modern.az

Azad edilən ərazilərdə işləyənlər üçün GÜZƏŞTLƏR

Azad edilən ərazilərdə işləyənlər üçün GÜZƏŞTLƏR

Aktual

8 May 2023, 12:48

Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərinin, bir sıra güzəştlərin tətbiqini nəzərdə tutur.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən xəbərə görə, onların sırasına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması, hər il 5 gün əlavə məzuniyyət verilməsi, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, əmək miqrasiyası sahəsində bir sıra güzəştlər daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?