Xarici işlər nazir Ceyhun Bayramov sosial şəbəkə hesablarında 9 May faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində qazanılmış qələbədən 78 il ötür. Xalqımızın şücaətinin təcəssümü olan bu əlamətdar gündə qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq".
