Pakistanın keçmiş Baş naziri İmran Xan həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabiq Baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Onun terrorçuluqda ittiham olunduğu deyilir.
Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.
Pakistanın keçmiş baş nazirinin saxlanmasının görüntüləri yayıldı❗️ pic.twitter.com/kKa5iH5BCQ
— MODERN.AZ (@modernaz_) May 9, 2023