Modern.az

TDT Heydər Əliyevlə bağlı BƏYANAT yaydı

TDT Heydər Əliyevlə bağlı BƏYANAT yaydı

10 May 2023, 12:34

Türk Dövlətləri Təşkilatı (TDT) Ümummilli Lideri Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

"Qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bu gün - anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu bir gündə dərin ehtiramla yad edirik. Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış lider olub.Onun vətənpərvərliyi, müdrikliyi və iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olub. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməkdə mühüm xidmətləri ilə Türk dünyasının memarlarından biridir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?