Modern.az

Ermənistan XİN-dən Brüssel görüşü ilə bağlı AÇIQLAMA

Ermənistan XİN-dən Brüssel görüşü ilə bağlı AÇIQLAMA

Aktual

10 May 2023, 15:50

Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə iştirakı təsdiqlənib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan açıqlama verib.

 

O, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyini bildirib.

 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?