Modern.az

Təxribat törədən 4 erməni hərbçi zərərsizləşdirilib - YENİLƏNİB

Təxribat törədən 4 erməni hərbçi zərərsizləşdirilib - YENİLƏNİB

11 May 2023, 10:30

Ermənistan Müdafiə Nazirliyi sərhəddə Azərbaycan Ordusuna qarşı təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayının artdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, yaralı hərbçilərin sayının 4-ə çatdığı bildirilib. 

 

***

08:15

 

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

 

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

 

Məlumata görə, Ermənistan ordusu Azərbaycan mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

 

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayını açıqlayıb.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın üç hərbi qulluqçusu yaralanıb. Ermənistan mətbuatıbda yaralıların sayının daha çox olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?