ABŞ dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Blinken özünün "Twitter" hesabında məlumat yayıb.
Blinken ilə Mişel Ukraynada və transatlantik məkanındakı vəziyyət barədə danışıblar. Telefon danışığı zamanı Cənubi Qafqazdakı durum da müzakirə edilib.