Modern.az

Türkiyə və Azərbaycan 10-dan çox birgə təlim keçirəcək

Türkiyə və Azərbaycan 10-dan çox birgə təlim keçirəcək

Aktual

11 May 2023, 16:55

Hər il həm Azərbaycanda, həm də Türkiyədə ortaq hərbi təlimlər keçirilir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, 2023-cü ildə 10-dan çox birgə təlimin keçirilməsi planlaşdırılıb.

 

O bildirib ki, Vətən müharibəsi iki qardaş xalq arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?