Modern.az

Muğanlı-İsmayıllı-Qəbələ yolunda tunel tikiləcək

Muğanlı-İsmayıllı-Qəbələ yolunda tunel tikiləcək

Aktual

11 May 2023, 17:35

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikinti layihəsində meşə örtüyünə daha az zərər verilməsi üçün tunel tikilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə layihə icraçısı -  “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. 

 

"Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinin birinci layihəsinin birinci variantında tunel tikilməsi nəzərdə tutulmamışdı. Lakin sonradan meşə örtüyünə zərər verilməməsi, yaşıllıqlara ziyan vurulmamadı üçün  tunel tikilməsi qərara alındı və bununla da yaşıllıq zonasının saxlanılması və qorunması tələbi yerinə yetirildi", - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?