Modern.az

ATƏT-in iclasında erməni təxribatı pislənildi

ATƏT-in iclasında erməni təxribatı pislənildi

11 May 2023, 17:55

ATƏT Daimi Şurasının iclasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı məsələ qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabında bildirilib.

 

“Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir”,- deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.


Azərbaycan Ordusu Ermənistan tərəfindən törədilən təxribatın qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüb. Qarşı tərəfin yaydığı məlumata görə, təxribata cəhd edən 4 erməni hərbçi yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?