Türkiyə-İran sərhədində baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, saat 20:00-da 3,9 bal gücündə olan yeraltı təkanlar İrəvandan 65 kilometr cənubda qeydə alınıb.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə baş verib, episentrdə zəlzələnin gücü 5 bal olub.
Yeraltı təkanlar İrəvan və Kotayk bölgəsində (2-3 bal), Ararat rayonunda (3-4 bal) hiss olunub.