Modern.az

Ərdoğanın xanımı: Qazanan Türkiyədir

Ərdoğanın xanımı: Qazanan Türkiyədir

Aktual

15 May 2023, 08:30

Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində Türkiyə yüz ili qalib gəldi. Qazanan Türkiyədir.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında yazıb.

 

Paylaşımda qeyd olunub: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək Türkiyə yüz ili üçün yenə çiyin-çiyinə quracağıq”.

 

Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirən Əminə Ərdoğan: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla dayanmayın, yola davam edin”, - deyə vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?