Modern.az

Azad edilmiş ərazilərdə daha 51 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 51 mina aşkarlandı

Aktual

15 May 2023, 14:10

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan mina təmizləmə fəaliyyəti barədə həftəlik məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, mayın 8-dən 13-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21, tank əleyhinə 30 mina və 191 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 248 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?