Modern.az

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçirilib

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçirilib

Aktual

15 May 2023, 16:36

Mayın 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan - Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən xəbərə görə, iclasda iki ölkə lideri İlham Əliyev və Aleksandr Lukaşenko arasında aktiv siyasi dialoqun Azərbaycan-Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyi qeyd olundu.

 

İki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam ifadə olundu.

 

Hökumətlərarası Komissiyanın Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırıldığı haqda yekdil fikirdə olduğu vurğulandı.

 

Ölkəmizdə Belarus iş adamlarının 80 şirkət qeydiyyatdan keçirdiyi və davamlı olaraq Belarus şirkətlərinin diler şəbəkələrinin genişlənməsi haqda faktlar elan edildi.

 

Eyni zamanda, Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töfhələrini verdiyi qeyd edildi. Belarus investorları Ələt azad iqtisadi zonasına dəvət olundu.

 

Azərbaycanın Belarusla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğu diqqətə çatdırılıdı.

 

Baş Nazirin müavini Əli Əhmədov ölkəmizin Belarus istehsalı məhsulların Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə Türkiyəyə daşınması imkanlarını nəzərdə keçirməyə hazır olduğunu dedi.

 

Kimya sənayesi, bərpa edilən enerji, nəqliyyat-logistika, mədəni-humanitar, elm-təhsil, səhiyyə, əcsaçılıq sahəsində əməkdaşlığın dərinləşdirilməsinin prespektivləri müzakirə olundu.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Ümumilli Lider Heydər Əliyev 100 illik yubiley tədbirlərinin Belarusda keçirilməsinə göstərdikləri dəstəyə görə Belarus Respublikası Baş nazirinin müavininə təşəkkürünü bildirdi.

 

Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə Azərbaycan tərəfinə təşəkkür etdi. Belarus hökümətinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrin dərinləşdirilməsi üçün lazımi tədbirlərin görülməsinə hazır olduqlarını vurğuladı.

 

Hökumətlərarası Komissiyasının üzvləri Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Belarus Respublikasının Sənaye nazirinin müavini Aleksandr Yefimov, Belarus Respublikasının Kənd Təssərüfatı nazirinin müavini İvan Smilqin, Belarus Respublikası Standartlaşma üzrə komitənin birinci müavini Yelena Morqunova, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev və Belarus Respublikasının Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Andrey Rovkov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi və imkanların dəyərləndirilməsi istiqamətində məruzlərlərlə çıxış etdilər.

 

Hökumətlərarası Komissiyasının növbəti iclasının Belarusda keçirilməsi haqda qərar qəbul olundu.

 

İclasın sonunda Belarus Respublikası İdman və Turizm nazirliyi ilə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyyəsi və idman sahəsində əməkdaşlığa dair proqram imzalandı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?