Azərbaycan bilməlidir ki, Macarıstan hər zaman dost ölkədir.
Modern.az xəbər verir ki, bu barədə Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsak Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında bildirib.
"Macarıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə davam edir. Bu gün Azərbaycan Macarıstanın enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda təkcə Macarıstanın yox, Avropanın enerji təminatçılarından biri məhz Azərbaycandır. İki ölkə arasında əlaqələr iqtisadi sahədə də davam edir və edəcək. Hazırda əlaqələri nəzərə alaraq deyə bilərəm ki, Macarıstan və Azərbaycan arasında güclü əməkdaşlıq var. Bu əlaqələr dostluqdan da yüksək qiymətləndirilir", - deyə sədr müavini vurğulayıb.