Almaniyanın paytaxtı Berlində "Qrinpis" və Kənd Təsərrüfatı üzrə İşçi Qrupu adlı təşkilatların fəalları inəklərin tövlələrdə saxlanılmasına etiraz etmək məqsədilə qəribə aksiya keçirib.
Modern.az xəbər verir ki, nümayişçilər inək sürüsünü Almaniya parlamentinin (Bundestaq) binasının qarşısındakı otlaq əraziyə gətiriblər.
Aksiya iştirakçıları “İnəklər otlaqda” yazılmış plakatlar açaraq heyvanları parlamentin qarşısındakı çəmənlikdə otarıblar.
Etirazçılar bildiriblər ki, Almaniyada inəklər ilin 70%-i tövlədə qalmaq məcburiyyətində olurlar və bu qərar dəyişdirilməlidir. Onlar siyasətçilərdən fermerlərə dəstək verilməsini tələb ediblər.



