Modern.az

Beynəlxalq təhlükəsizlik sistemi şokdadır - Araz Əzimov

Beynəlxalq təhlükəsizlik sistemi şokdadır - Araz Əzimov

17 May 2023, 10:36

Beynəlxalq təhlükəsizlik sistemi hazırda şok içindədir. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz  Əzimov “Afrika gününə” həsr olunan konfransda bildirib. 

 

O deyib ki, müharibələr qlobal problemlərə gətirib çıxarır.

 

"Bu gün regional müharibələr ərzaq qıtlığına, siyasi toqquşmalara, iqtisadi çətinliyə səbəb olur. Belə olan zaman ən çox əziyyət çəkən kiçik ölkələr, əsasən də Afrika ölkələridir. Bu gün Afrika ölkələrinin digər əziyyət çəkdiyi sahə müstəmləkəçilikdir. Üzr istəyirəm, amma mən düşünürəm ki, Afrika ölkələrində hələ də müstəmləkəlikdən azad olma başa çatmayıb. Afrika ölkələrinin bəziləri bu gün müstəqil olsa da, müstəmləkəçilik öz sözünü deyir. Afrika ölkələri addımlar atmalıdır. Müstəqillik haqqında bəyanatlar vacibdir”,- deyə nazir müavini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?