Modern.az

Bu il evlənənlər və boşananların SAYI

Bu il evlənənlər və boşananların SAYI

17 May 2023, 17:54

Azərbaycanda cari ilin birinci rübü üçün nikah və boşanmaların sayı açıqlanıb.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

 

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb.

 

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?