Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib.
Modern.az xəbər verir ki, bu barədə şəhidin qardaşı Sənan Əhmədov bildirib.
Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Qeyd edək ki, gizir Səbuhi Əhmədov 2022-ci ilin 13 sentyabr tarixində Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub.