Modern.az

Putin sülh sazişinin Moskvada imzalanmasını istəyir

Putin sülh sazişinin Moskvada imzalanmasını istəyir

18 May 2023, 15:48

Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında gələcək sülh sazişinin Moskvada imzalanmasını istəyir.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə bəzi məsələlərdə razılığa gəlməsi Kreml sahibini ciddi narahat edir.

 

"Rusiya prezidenti Vladimir Putin mayın 25-də nədən Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirməyə ehtiyac duyub? Kreml vasitəçilikdə Brüssel və Vaşinqtondan geri qalmaq istəmir. İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə bir neçə məsələylə bağlı şifahi razılaşma əldə edilib. Bu, Kremli narahat edir. Putin iki ölkə arasında gələcək sülh sazişinin Moskvada imzalanmasını istəyir. Bunun il ərzində reallaşması mümkündür, ancaq Kreml iki ildən sonra sülhməramlı kontingentini Qarabağdan çıxaracağı ilə bağlı Bakıya təminat verməlidir", -deyə politoloq bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş may ayının 25-də Moskvada baş tutacaq.

Bu xəbər ilə bağlı
Paşinyan: Kommunikasiyaların açılmasına hazırıq - Mirzoyan artıq Moskvadadır
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?