Modern.az

26 yaşlı qadın itkin düşdü 

26 yaşlı qadın itkin düşdü 

Aktual

18 May 2023, 20:06

Biləsuvar şəhəri Salatın Əsgərova küçəsində yaşayan 1997-ci il təvəllüdlü Günel Şaiq qızı Hüseynzadə itkin düşüb.

 

Modern.az xəbər verir ki, o, mayın 12-də, saat 18-19 radələrində yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib, bundan sonra onu görən olmayıb.

 

G. Hüseynzadənin boyu 1.65 santimetr, gözləri qəhvəyi, saçları qara, bədəni orta quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara idman ayaqqabısı, başında hicab olub.

 

Onu görənlərdən DİN-in 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, G. Hüseynzadənin iki övladı var.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?