Modern.az

Həftəsonu milli parklarda gözlənilən hava PROQNOZU

Həftəsonu milli parklarda gözlənilən hava PROQNOZU

19 May 2023, 12:48

İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Samur–Yalama milli parkında havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.

 

Altıağac milli parkında havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

 

Ağgöl milli parkında hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

 

Qızılağac milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

 

Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

 

Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

 

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?