Türkiyədə 8,8 sm burnu ilə rekord qıran kişi dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
74 yaşlı Mehmet Özyürek 1998-2000-ci illərdə Ginnesin Rekordlar Kitabına düşüb. O, Türkiyədə və xaricdə müxtəlif televiziya şoularında və sənədli filmlərdə rol alıb.
Özyürekin infraktdan vəfat etdiyi bildirilir.