Modern.az

İrəvanda etiraz aksiyası - Qarşıdurma yaşandı

İrəvanda etiraz aksiyası - Qarşıdurma yaşandı

20 May 2023, 16:27

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamaqda şübhəli bilinən Qayane Akopyanın həbsi etiraza səbəb olub.

 

Modern.az xəbər verir ki, məhkəmənin qərarından narazı qalan bir qrup şəxs İrəvanın mərkəzində aksiya keçirir.

 

Respublika meydanına doğru irəliləyən etirazçılar Arşakunyats prospektini bağlayıblar. Məlumata görə, etirazçılarla polis əməkdaşları arasında toqquşma yaşanıb.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan bir ay müddətinə həbs edilib.

Bu xəbər ilə bağlı
Paşinyanın oğlunu oğurlayan qadınla bağlı qərar verildi
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?