Modern.az

İtkin düşən 13 yaşlı qız hələ tapılmayıb

İtkin düşən 13 yaşlı qız hələ tapılmayıb

Aktual

22 May 2023, 10:10

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ də tapılmayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.

 

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir:

 

 - Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?