Modern.az

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırıq - Paşinyan

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırıq - Paşinyan

Qarabağ

22 May 2023, 13:58

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kvadrat kilometr ərazisinə Qarabağ da daxildir.

 

"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", - deyə Paşinyan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI