Modern.az

SSRİ-nin Polşaya vurduğu zərər hesablanır

SSRİ-nin Polşaya vurduğu zərər hesablanır

Aktual

22 May 2023, 16:52

Polşa Sovet İttifaqının ölkəyə vurduğu zərər barədə məruzə hazırlamağa başlayıb.

 

Modern.az xəbər verir ki, TVP telekanalı bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçikə istinadla məlumat yayıb.

 

“Hərbi Məsələlər İnstitutu sənədin üzərində çalışır. Bu, işğalın aspektlərini, qərb torpaqlarında zavodların sökülməsini, Polşanın sonrakı istismarını, kömür üzrə mənfəətsiz razılaşmaları əhatə edən həcmli sənəd olacaq”, - Arkadiuş Mulyarçik deyib.

 

Polşalı diplomat, həmçinin bu gün Almaniyada Bundestaq üzvləri ilə görüş keçirəcək və onlara II Dünya müharibəsi zamanı vurulan zərərə görə 6,2 trilyon zlotı (1,3-1,5 trilyon dollar) həcmində təzminat ödənilməsinin zəruriliyi barədə Varşavanın mövqeyini çatdıracaq.

 

Bir müddət öncə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, Polşa II Dünya müharibəsinin nəticələrinə əsasən əldə etdiyi əraziləri qaytarmalı və postmüharibə dövründə ölkənin bərpasına xərclənən vəsaitin Moskvaya ödəməlidir.

 

Onun sözlərinə görə, Polşa ərazisinin inkişaf etmiş infrastruktura, sənaye müəssisələrinə, eyni zamanda zəngin təbii sərvətlərə malik üçdə biri onun tərkibinə müharibədən sonra SSRİ-nin sayəsində qatılıb. Müharibədən sonrakı dövrdə isə Sovet İttifaqı Polşanın bərpasına və inkişafına, bugünkü hesablamalara görə 750 milyard dollardan çox vəsait xərcləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi