Modern.az

Özdağdan Sinan Oğanın qərarına REAKSİYA 

Özdağdan Sinan Oğanın qərarına REAKSİYA 

22 May 2023, 19:09

Zəfər Partiyasının sədri Ümit Özdağ ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğanın qərarına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

Özdağ qərarın sadəcə Sinan Oğana aid olduğunu, ATA İttifaqının ortaq qərarı olmadığını bildirib.

 

"Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama Zəfər Partiyasını təmsil etmir. Zəfər Partiyası adından açıqlamanı sabah saat 11-də mən edəcəyəm”.

 

Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?