Modern.az

Sülhdən danışmaq hələ tezdir - Peskov

Sülhdən danışmaq hələ tezdir - Peskov

Aktual

24 May 2023, 08:28

Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllindən danışmaq hələ tezdir.

 

Modern.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun fikrincə, hazırda sülh üçün ilkin şərt yoxdur. Peskov münaqişənin həlli üçün təklif olunan planlardan hansının Rusiyaya daha yaxın olması ilə bağlı suala cavabında: “Bu barədə danışmaq hələ tezdir, sülh yolu ilə nizamlanma üçün heç bir ilkin şərtlər yoxdur. Bunu müzakirə etmək mümkün deyil, çünki Rusiya Federasiyası ilə hər hansı danışıqlar qadağan edilib”, - deyə bildirib.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün bir neçə sülh planı gündəmdədir. Ukrayna prezidenti Volodimir Zelenski və Qərb ölkələri 2022-ci ilin noyabrında təqdim olunan sülh planında israrlıdırlar. Bu plana əsasən əsasən, 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan ərazilər, o cümlədən Krım Ukraynaya qaytarılmalıdır.

 

Digər plan Çin tərəfindən təqdim edilib. Sözügedən sülh planı 12 bənddən ibarətdir, bunlar arasında atəşkəs, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, qlobal təchizat zəncirlərinin sabitliyini təmin etmək var. Zelenski Çinin planının müzakirəsi kontekstində deyib ki, ərazi kompromisləri əsasında münaqişənin sülh yolu ilə həlli mümkün deyil.

 

Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə Afrika ölkələrinin təqdim etdiyi plan ilk növbədə hərbi əməliyyatları dayandırmağı təklif edir. Planın müəlliflərinin fikrincə, danışıqlar Kiyevin özünün hesab etdiyi ərazilərdən rus qoşunları çıxarılmadan başlaya bilər. Bu həftə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Zelenskinin təklif etdiyi plana dəstək qazanmaq üçün Afrika ölkələrinə səfərə çıxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?