Modern.az

Goranboyda əkin sahələrinin suvarılması diqqətdə saxlanılır

Goranboyda əkin sahələrinin suvarılması diqqətdə saxlanılır

Aktual

24 May 2023, 10:43

Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı diqqətdə saxlanılır, bu istiqamətdə əməli tədbirlər həyata keçirilir.

 

Bildiririk ki, Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır, bu məqsədlə, RİH yanında yaradılmış mobil qruplar yerlərdə əməli tədbirlər həyata keçirir.

 

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aidiyyəti su melorasiya təsərrüfatı mütəxəssisləri və bir qrup yerli fermerlərin  iştirakı ilə  rayonun Qızılhacılı qəsəbəsi, Xan Qərvənd, Əlirzalı, Yeniyol, Təklə və Aşağı Ballıqaya  kəndlərində əkin sahələrinin, mənbəyini   Sərsəng su anbarından götürən və  Tərtər rayonu ərazisindən keçən  Xan arxı adlanan su kanalı və rayonun digər ərazilərində əkin sahələrinin, mənbəyini Kür çayı üzərində qurulan Şəmkir su anbarından götürən Şəmkir Maşın-Su Kanalı vasitəsi ilə suvarma suyu ilə təminatı, bu məqsədlə su itgisinin qarşısının alınması üçün  arx və kanalların təmizlənməsi, bərpası işlərinin həyata keçirilməsi və bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması  ilə bağlı, Xan Qərvənd kəndi ərazisində müzakirələr aparıldı, vətəndaşların müraciətləri üzrə  problemləri həll edildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?