Modern.az

Büdcənin yerli gəlirləri artıb - STATİSTİKA

Büdcənin yerli gəlirləri artıb - STATİSTİKA

Aktual

24 May 2023, 11:20

2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1030,2 milyon manat proqnoza qarşı 1113,9 milyon manat məbləğində və ya 8,1 faiz çox icra olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 


Tədiyə növlərinə müvafiq olaraq ƏDV üzrə 340,5 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 293,5 milyon manat, sadələşdirilmiş vergi üzrə 35,8 milyon manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 256,6 milyon manat, aksizlər üzrə 63,7 milyon manat, dövlət rüsumu üzrə 45,8 milyon manat, əmlak vergisi üzrə 29,3 milyon manat, cərimə və sanksiyalardan daxilolmalar üzrə 18,8 milyon manat, torpaq vergisi üzrə 9,4 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı sair vergilər üzrə 9,2 milyon manat, mədən vergisi üzrə 8,1 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə 2,6 milyon manat, dövlət əmlakının satışından daxilolmalar üzrə 0,3 milyon manat, digər gəlirlər üzrə 0,3 milyon manat məbləğində vəsait daxil olub. 


2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 milyon manat maliyyə yardımı (dotasiya) ayrılmışdır ki, bu da 2021-ci illə müqayisədə 1,1 milyon manat və ya 3,3 faiz azdır.


2022-ci ildə respublikanın 51 rayon və şəhəri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşib.

 

2022-ci ildə dövlət büdcəsinin yerli xərcləri 1070,1 milyon manat proqnoza qarşı icra 1013,5 milyon manat və ya 94,7 faiz olmuşdur. Xərclərin proqnoza nisbətən az icrası əsasən yerli icra hakimiyyəti orqanlarında boş (vakant) ştatların mövcud olması, məktəbəqədər təhsil müəssisələrində optimallaşdırmanın və struktur islahatlarının həyata keçirilməsi, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə, o cümlədən abadlaşdırılma, tullantıların yığılması, emalı və təmizlənməsi, küçələrin, parkların işıqlandırılması, yaşıllıqların salınması və digər abadlıq işlərinin yerinə yetirilməsi ilə bağlı xərclər üzrə qənaətin yaranması ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?