Modern.az

Vyetnamlı məzun 36 il sonra UNEC-də - FOTO

Vyetnamlı məzun 36 il sonra UNEC-də - FOTO

Aktual

24 May 2023, 12:40

UNEC-in Vyetnamdan olan 1987-ci il məzunu xanım Nquen Txi Xan universitetdə olub.

Modern.az xəbər verir ki, rektor prof. Ədalət Muradovla görüşən xanım Nquen Txi Xan 36 ildən sonra yenidən UNEC-də olmaqdan böyük sevinc hissi keçirdiyini bildirib. Vyetnamlı məzun tələbəlik illəri haqqında xoş xatirələrini bölüşüb. 

Rektor UNEC-in əcnəbi məzunundan Azərbaycanda keçirdiyi tələbəlik illəri haqqında xoş sözlər eşitməkdən qürur duyduğunu ifadə edib. UNEC-də Məzunlar Assosiasiyasının yaradıldığını və əcnəbi məzunların da həmin assosiasiyada təmsil olunacaqlarını diqqətə çatdırıb. Xanım Nquen Txi Xan Vyetnamda UNEC-in Məzunlar Assosiasiyasının yaradılmasına dəstək olacağını qeyd edib.

Görüş zamanı xanım Nquen Txi Xana UNEC-in arxivində saxlanılan qiymət vərəqəsi, fotosu və digər təhsil sənədləri təqdim edilib.  Vyetnamlı məzun bir zamanlar təhsil aldığı Maliyyə və mühasibatlıq fakültəsində və tələbəlik illərində yaşadığı yataqxanada da olub.

UNEC-in Vyetnamdan olan məzunu 36 il sonra universitetdə olub - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?