Modern.az

Ermənistan parlamentində dava düşdü - VİDEO

Ermənistan parlamentində dava düşdü - VİDEO

24 May 2023, 13:53

Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub.

 

Modern.az xəbər verir ki, hadisə parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib.

 

Əvvəlcə Sarkisyanla hakim partiyadan olan deputat Hovik Ağazaryan arasında söz atışması başlayıb. Daha sonra əlbəyaxa dava düşüb.

 

Ermənistan spikeri Alen Simonyan parlamentin Təhlükəsizlik Xidmətini çağırıb, hərbçilər Sarkisyanı zaldan uzaqlaşdırıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?