Modern.az

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kuboku sona çatdı - FOTOLAR

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kuboku sona çatdı - FOTOLAR

Aktual

25 May 2023, 10:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,  Azərbaycan Savat Federasiyası (ASF), YAP Kəlbəcər Rayon Təşkilatının, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gəncə Savat İdman Klubu və  birgə təşkilatçılığı ilə 20-21 May tarixlərində baş tutan ULU ÖNDƏR Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş Heydər Əliyev Kuboku sona çatıb.

 

Belə ki , Azərbaycan Savat Federasiyasının Prezidenti Cənab Rafiq Əliyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə Şəhər Gənclər İdarəsinin rəisi Həmid Nəsirov,  Gəncə Olimpiya Komitəsinin Direktoru İntiqam Hüseynov, Ramil Qasımov - Paraolimpiya çempionu, Fəxri Qonaq qismində isə Gəncə və Kəlbəcər rayonuna məxsus bir çox dövlət idarə və təşkilat rəhbərlərinin ölkə bütövlüyü uğrunda canından keçən şəhid ailələrinin , qazilərin müşahidə etdiyi turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib , Ölkə bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilib.
Çıxış edənlər bildirdilər ki, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. "Ümummilli lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərib. Ulu Öndərimizin layiqli davamçısı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Dövlət başçısının hər zaman idmançılara və idmana diqqət və qayğı göstərib. Məhz bunun nəticəsidir ki,  Azərbaycan  beynəlxalq çempionatların, Olimpiyadaların, yarışların  keçirildiyi idman ölkəsinə çevrilibdir.

 

Daha sonrasında isə fəxri qonaqların öz növbələrində etdiyi çıxışlardan sonra ölkənin bütün regionlarından qatılan 300-ə yaxın idmançı öz güclərini sınayıb.

 

Sonda mükafat qazanan idmançılara və komandalara medal, diplom və kuboklar təqdim olundu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?