Modern.az

Türkiyənin yeni hökumətində kimlər olacaq... 

Türkiyənin yeni hökumətində kimlər olacaq... 

29 May 2023, 15:38

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra diqqətlər yeni qurulacaq Nazirlər Kabinetinə yönəlib. Kulis məlumatlarına görə, Ərdoğan deputat seçilən daxili işlər naziri Süleyman Soylunun yerinə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini icra edən Seyfullah Hacımüftüoğlunu təyin edəcək.

 

Bundan əlavə, prezidentin iqtisadiyyat sahəsini Mehmet Şimşekə, səhiyyəni isə Necdet Ünüvara həvalə etməsi gözlənilir. Milli müdafiə naziri Hulusi Akarın yerinə Baş Qərargah rəisi Yaşar Gülerin təyin edilməsi də gündəmdədir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan AKP deputatı Yunus Kılıç yeni hökumətin nə vaxt formalaşması məsələsinə aydınlıq gətirib:

 

“Bizdəki mövcud sistemə görə nazirlər millət vəkili ola bilməz. Əgər bir millət vəkili nazir olursa, onun mandatı ləğv olunur. Hazırda səhiyyə və mədəniyyət nazirindən başqa bütün nazirlərimiz millət vəkili seçiliblər. Onların yenidən nazir təyin edilib-edilməməsi cənab Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətində olan məsələdir. Hazırda nazir vəzifəsini tutan şəxslərdən bəzilərinin vəzifəsində qalacağını düşünürəm. Digər nazirlərin isə parlament xaricindən təyin ediləcəyi ehtimal olunur".

 

 

"Millət vəkili seçilənlər nazir olmayacaq deyə bir məsələ yoxdur. Cənab Prezident nə qərar versə, o da olacaq. Bu prosesin baş tutmasına az qalıb. Çünki seçkinin nəticələri dəqiqləşdikdən 3 gün sonra millət vəkilləri parlamentdə and içib mandatlarını əldə edəcəklər. Eyni zamanda, nazirlər də millət vəkili olduqları üçün and içəcəklər. Dövlət vəzifələri boş qala bilməz. Boşluq olmaması üçün 2-3 gün ərzində Prezident Nazirlər Kabinetini quracaq”, - deyə deputat vurğulayıb.

 

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə bildirib ki, Ali Seçki Komissiyası 1-2 günə yekun nəticələri elan edəcək. 

 

“Bildiyiniz kimi, Ali Seçki Komissiyası (YSK) parlament və prezident seçkiləri ilə bağlı iki yekun açıqlama verəcək. YSK-nın parlament seçkilərinin yekun nəticələrini nə vaxt açıqlayacağını bilmirəm. Bu, onların ixtiyarındadır, ancaq yaxın 1-2 gün ərzində açıqlanmasını gözləyirik"

 


 

İbrahim Kalın Nazirlər Kabineti ilə bağlı qərardan öncə bir sıra prosedurların həyata keçiriləcəyini diqqətə çatdırıb: 


“Təbii ki, Prezidentimiz parlamentdə and içəcək. Xarici qonaqlar və liderlər mərasimə dəvət olunacaq. Böyük tədbir keçiriləcək. Andiçmədən sonra Nazirlər Kabinetinin formalaşdırılması məsələsi diqqətdə olacaq. Tədbirin dəqiq tarixi məlum deyil".

 

Qeyd edək ki, Türkiyənin vitse-prezidenti və 15 nazir deputat seçilib.

 

Parlamentə seçilən hökumət üzvləri aşağıdakılardır:

 

Türkiyənin vitse-prezident Fuat Oktay - Ankara

Ədliyyə naziri Bəkir Bozdağ - Şanlıurfa

Ailə və sosial xidmətlər naziri Derya Yanık - Osmaniye

Əmək və sosial müdafiə naziri Vedat Bilgin - Ankara

Ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum - İstanbul

Xarici işlər naziri Mövlud Çavuşoğlu - Antalya

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez - Əskişəhər

Gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu - İzmir

Xəzinə və maliyyə naziri Nurəddin Nebati - Mersin

Daxili işlər naziri Süleyman Soylu - İstanbul

Təhsil naziri Mahmud Özer - Ordu

Milli müdafiə naziri Hulusi Akar - Kayseri

Sənaye və texnologiya naziri Mustafa Varank - Bursa

Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi - Kahramanmaraş

Ticarət naziri Mehmet Muş - Samsun

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu - Trabzon

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?