Modern.az

Paşinyan Ərdoğanın andiçmə mərasiminə çağırılmayıb?

Paşinyan Ərdoğanın andiçmə mərasiminə çağırılmayıb?

31 May 2023, 17:10

Növbəti dəfə Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin iyunun 3-də keçirilməsi dəqiqləşib.

 

Modern.az-ın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrdən əldə etdiyi məlumata görə, andiçmə mərasiminə Türk dövlətlərinin liderləri, Rusiya, ABŞ, Misir və Ukrayna daxil olmaqla bir sıra ölkələrin rəhbərləri dəvət olunub. 

 

Digər qonşu ölkələrdən fərqli olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyana mərasimdə iştirak üçün dəvət göndərilməyib.

 

Bundan əlavə, Putin rəsmi dəvətlilər sırasında olsa da, onun Türkiyəyə andiçmədən sonra gedəcəyi bildirilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Ərdoğanın dəvətini qəbul edərək, Ankaraya səfər edəcəyini təsdiqləyib.

 

Qeyd edək ki, mayın 28-də keçirilən ikinci tur seçkilərində Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?