Modern.az

Azərbaycan xalqına rifah arzulayıram - Küveyt Vəliəhdi 

Azərbaycan xalqına rifah arzulayıram - Küveyt Vəliəhdi 

Aktual

31 May 2023, 17:36

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Zati-aliləri!

 

Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.

 

Bu gözəl bayram münasibətlə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?