Modern.az

Rüstəm Xəlilov olimpiada qalibi ilə görüşdü - FOTOLAR

Rüstəm Xəlilov olimpiada qalibi ilə görüşdü - FOTOLAR

1 İyun 2023, 11:43

Rüstəm Xəlilov Respublika Fənn Olimpiadasında qızıl medal qazanmış məktəbli ilə görüşüb.
 

İyunun 1-də Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qızıl medala layiq görülmüş Şirinova Aysel Rasim qızını qəbul edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək nailiyyət qazanan gənci təbrik etdi. Məktəbliyə gələcək həyatında və təhsilində uğurlar arzulayaraq vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilin inkişafını həmişə diqqətdə saxladığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb.

 

Görüşdə olimpiada qalibi və fənn müəllimləri qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

 

Görüşün sonunda xatirə şəkilləri çəkilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?