E-xidmətlərə 64 milyon müraciət edilib.
Modern.az xəbər verir ki, bunu "2018-2023:Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda mətbuat konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
"Nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alınıb. Qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verilib. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirilib. 692 min fərdi hesab e-qaydada açılıb", - nazir müavini deyib.